Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşüb
Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşüb
Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşüblər.
Hadisə ötən gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun İlisu kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı mikroavtobusda olan rayonun Qum kənd sakinləri - 65 yaşlı Xanpəri Osman qızı Nurməmmədova, 64 yaşlı Məryət Omar qızı İsaqova, 64 yaşlı Qalya Şakir qızı Sultanova və şəxsiyyətləri hələ ki məlum olmayan daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Qəzada xəsarət alan şəxslərin hamısı Qax rayonu Qum kənd körpələr evi və uşaq bağçasının işçiləridir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü