Qazaxıstanda kafedə partlayış olub, ölən və xəsarət alanlar var
Qazaxıstanda kafedə partlayış olub, ölən və xəsarət alanlar var
Qazaxıstanın Karaqanda vilayətinin Şetski rayonunun Moyıntı kəndindəki kafedə qaz balonunun partlaması zamanı baş verən yanğın nəticəsində iki nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Dəqiqləşdirilmiş məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, xəsarət alan 11 şəxs tibbi yardım üçün rayon xəstəxanasına aparılıb", - açıqlamada deyilir.
Xilasedicilər 300 kvadratmetr sahəni əhatə edən yanğını tamamilə söndürüblər.
Fövqəladə Hallar Nazirliyinin ilkin araşdırmasına görə, qaz balonu təhlükəsizlik qaydalarının pozulması səbəbindən partlayıb.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..