Qazaxıstanda rus dilinin statusu dəyişdirilir
Qazaxıstanda rus dilinin statusu dəyişdirilir
Qazaxıstan Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov yeni konstitusiya layihəsində rus dilinin statusu ilə bağlı dəyişikliklər edildiyini açıqlayıb.
Bu barədə "RIA Novosti" agentliyinə istinadən xəbər verir.
Əvvəllər konstitusiya layihəsinin 9-cu maddəsində rus dilinin dövlət qurumlarında və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə bərabər şəkildə rəsmi istifadə olunduğu göstərilirdi.
İndi isə Nurmuxanovun bildirdiyinə görə, "bərabər" sözü "yanaşı" ilə əvəz olunub. Onun sözlərinə görə, dəyişikliklər yalnız redaksiya və üslub xarakteri daşıyır.
Qeyd edək ki, konstitusiya islahatı üzrə komissiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 21 yanvar tarixli sərəncamı ilə yaradılıb.







Oxşar -Yeniinfo.az
ABŞ-dan erməni diasporuna zərbə: Qondarma soyqırım.
Xəzər dənizində PUA vuruldu
Zelenski 60 yaşdan yuxarı kişilərin hərbi xidmətə qəbulu haqqında fərman imzaladı
Rusiyaya məxsus sayılan texnologiya artıq Almaniyada: Hipersəsli raket sınağı
İnternetdə "qiyamət gününün təyyarəsi"nin unikal fotosu peyda olub
Tramp: Biz İranla çox yaxşı bir razılaşma əldə edə bilərik
Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nətciələnməsini istəyir
Tramp İranın ABŞ-la razılaşmaq istədiyini deyib