Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı
Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı
Azərbaycanda iyun ayının 1-dən bu günə qədər qeyri-çimərlik ərazilərdə 12 nəfər bataraq ölüb.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilib ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.
"Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır".
Nazirlik əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırıb







Oxşar -Yeniinfo.az
Hərbçilərə xoş xəbər: Maaş artımı gözlənilir
Azərbaycan Konstitusiyasında bu söz dəyişdirilir
Sənədsiz evlər üçün amnistiya elan edilsin! - TƏKLİF
Gömrük mallarınızı 1 aydan çox saxlamayacaq
Bu maşınlar 6 ay dövlət mülkiyyətinə keçəcək
Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilir
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı