Qlobal çağırışlara baxmayaraq, Azərbaycan... - Ukrayna səfiri
Qlobal çağırışlara baxmayaraq, Azərbaycan... - Ukrayna səfiri
Ukrayna Azərbaycanla strateji tərəfdaşlığını yüksək qiymətləndirir. Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsi şəraitində biz Azərbaycan xalqı və rəhbərliyi tərəfindən göstərilən dəstəyi xüsusilə hiss edirik.
Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Teleqraf İnformasiya Agentliyinə müsahibəsində deyib.
"2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına başlanmasından sonra Azərbaycan Ukraynaya humanitar yardım göstərən ilk ölkələrdən biri olub. Bu çərçivədə dərman vasitələri, ərzaq məhsulları, yanacaq, habelə enerji və sosial infrastrukturun bərpası üçün avadanlıqlar göndərilib.
Qlobal çağırışlara baxmayaraq, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf etməkdə davam edir. Biz siyasət, diplomatiya, iqtisadiyyat, energetika, nəqliyyat, ticarət, təhsil və mədəniyyət sahələrində fəal qarşılıqlı fəaliyyət göstəririk.
2025-ci il Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının və bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda mühüm mərhələ olub. Ukrayna Prezidenti Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən Beynəlxalq İqtisadi Forum və Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində görüşləri, eləcə də liderlərimizin müntəzəm telefon danışıqları və Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Bakıya səmərəli səfəri xüsusi əhəmiyyət kəsb edir", - səfir bildirib.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı