Qlobal internet fəlakəti baş verə bilər? - Alimlərdən CAVAB
Qlobal internet fəlakəti baş verə bilər? - Alimlərdən CAVAB
Son illərdə baş verən genişmiqyaslı internet kəsintiləri bizə nə vaxtsa oxşar səbəbdən böyük problemlərlə üzləşə biləcəyimizi xatırladır. Bəs internetin dünyanın hər yerində eyni anda sıradan çıxması mümkündürmü?
"Live Science"a istinadən xəbər verir ki, bu suala alimlər cavab veriblər.
İnterneti tez-tez "şəbəkələr şəbəkəsi" adlandırırlar, çünki o evlərdə, müəssisələrdə, ictimai yerlərdə və digər məkanlarda müxtəlif cihazları birləşdirən şəbəkələrdən ibarətdir. Buna görə də, dünyanın hər yerində internetin sıradan çıxması üçün bir çox infrastruktur elementlərinin qısa müddət ərzində təsirə məruz qalması lazımdır.
Dartmut Kollecinin informasiya sistemləri üzrə mütəxəssisi Corc Saybenko bunun mümkün olduğunu, lakin ciddi resurslar və çox sayda təsadüflər tələb olunacağını bildirib. Buna görə də, qlobal internetin çökməsi mümkün olsa da, olduqca az ehtimal olunandır.
Digər bir tədqiqatçı izah edib ki, qlobal internet sıradan çıxsa belə, evlərdə və ya ofislərdə fəaliyyət göstərməyə davam edə biləcək yerli şəbəkələr mövcuddur.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı