QMİ həcc ziyarətinə yola düşəcək zəvvar təyyarələrinin uçuş qrafiklərini AÇIQLADI
QMİ həcc ziyarətinə yola düşəcək zəvvar təyyarələrinin uçuş qrafiklərini AÇIQLADI
"Builki həcc ziyarətinə zəvvarlar ümumilikdə 7 təyyarə ilə yola düşəcəklər".
Yeni info.az Oxu.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri danışıb.
Vüsal Cahangirinin sözlərinə görə, hər gün səhər saat 06:50-də və axşam saat 17:50-də olmaqla iki təyyarənin Bakı-Ciddə marşrutu üzrə zəvvar daşıması planlaşdırılır:
"Hər bir təyyarədə 180 zəvvar, yəni 45 nəfərdən ibarət dörd qrup olacaq. İlk təyyarə mayın 17-də səhər saat 06:50-də yola düşəcək, mayın 18-də və 19-da iki təyyarə uçacaq. Sonuncu 7-ci təyyarə isə mayın 21-də səhər Ciddəyə uçacaq. Həmin təyyarə ilə ziyarətə gedənlər mayın 31-də Ciddədən Bakıya geri qayıdacaqlar. Digər qruplar isə iyunun 6-da, 7-də və 9-da günə iki təyyarə olmaqla Mədinədən Vətənə dönəcəklər.
Beləliklə, sonuncu zəvvarımızın iyunun 10-da gecəyarısından sonra evə çatması gözlənilir".
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları təşkil edib.







Oxşar -Yeniinfo.az
Kiyevdəki Azərbaycan səfirliyi vuruldu
İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
FHN Naxçıvan Tibb Kollecində fövqəladə hallarda davranış qaydaları barədə tədbir keçirib
Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var
Uşaqlarınızı bu platformalardan qoruyun - Ekspert
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir