Qrenlandiyada təbii qaz köpükləri çıxaran nadir buzlaq aşkarlandı
Qrenlandiyada təbii qaz köpükləri çıxaran nadir buzlaq aşkarlandı
Alimlər Qrenlandiyada içərisindən təbii qaz köpükləri çıxan buzlaq aşkarlayıblar.
Bu barədə "Nature Communications" jurnalında araşdırma dərc olunub.
Buzlaq zəngin bir ekosistemi dəstəkləyir və bütün məlum qaz hidratlarının yataqları arasında ən dərini ola bilər. "Freya kurqanları" adlanan qaz hidrat toplusu Norveçin Arktik Universitetinin tədqiqatçılarının rəhbərliyi ilə keçirilən "Ocean Census Arctic Deep EXTREME24" ekspedisiyası zamanı aşkarlanıb.
Su qatındakı güclü qaz məşəli qeyri-adi fəallıqdan xəbər verib, bundan sonra alimlər dəniz dibini öyrənmək üçün uzaqdan idarə olunan sualtı aparat göndəriblər.
Təxminən 3 640 metr dərinlikdə tədqiqatçılar açıq kristallik qaz hidrat təpələrini - yüksək təzyiq və aşağı temperaturlarda sabit olan metan və suyun donmuş qarışığını aşkar ediblər. Oradan metanın və daha ağır karbohidrogenlərin suya sızması baş verir. Karbohidrogenlərin çıxdığı yerdə metan və xam neft nümunələri ilə yanaşı, müxtəlif dəniz çöküntüsü nümunələri də toplanıb.
Alimlər bildirirlər ki, dünyadakı metanın təxminən beşdəbiri qaz hidratlarda saxlanılır, lakin onların iqlim dəyişikliyindəki rolu və hasilat perspektivləri hələ də mübahisə mövzusu olaraq qalır.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək