Qubada ağır qəza: yaralılar var
Qubada ağır qəza: yaralılar var
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, qəza rayonun Rustov kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, VAZ-2107 markalı minik avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən minik avtomobili yük avtomobilinin altına girib.
Hadisə zamanı avtomobildə ər-arvad və daha bir sərnişin olmaqla ümumilikdə üç nəfər olub.
Qəza nəticəsində sürücü və ön oturacaqda əyləşən sərnişin ağır bədən xəsarətləri alaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.
Arxa oturacaqda olan sərnişin isə müxtəlif dərəcəli yüngül xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər