Qütb parıltısını görmək üçün ən yaxşı məkanlar
Qütb parıltısını görmək üçün ən yaxşı məkanlar
Qütb parıltısı planetin ən məşhur təbiət hadisələrindən biridir və hər il minlərlə turist onu görmək üçün səyahətə çıxır.
Bu hadisə Günəşdən ayrılan yüklü hissəciklərin Yer atmosferi ilə qarşılıqlı təsiri nəticəsində yaranır və heyrətamiz yaşıl, çəhrayı və bənövşəyi işıq dalğalarına səbəb olur.
Qütb parıltısını ən çox Norveç, Finlandiya, İsveç və Qrenlandiyada görmək mümkündür. Hərçənd səma möcüzəsi bu il hətta Şotlandiyada və Şimali İngiltərədə də görülüb.
"Independent" nəşri qütb parıltısını görməyi arzulayanlar üçün müşahidə baxımından ən yaxşı yerlərin və optimal fəsillərin siyahısını tərtib edib:
Tromsö, Norveç - sentyabrdan aprelə qədər;
Svalbard, Norveç - noyabrdan yanvara qədər;
Rovaniemi, Finlandiya - noyabrın ortalarından yanvarın ortalarına qədər;
Reykyavik, İslandiya - sentyabrdan aprelə qədər;
Abisko, İsveç - sentyabrın ortalarından martın əvvəlinə qədər;
Yukon, Kanada - oktyabr və noyabrın birinci yarısı;
İluyssat, Qrenlandiya - sentyabrdan marta qədər;
Xarici Hebrid adaları, Şotlandiya - mart-aprel və sentyabr-oktyabr;
Feyrbanks, Alyaska, ABŞ - avqustun sonundan aprelə qədər;
Fin Laplandiyası - avqustun ortalarından aprelə qədər.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək