Quzu ətinin qiyməti kəskin artdı - MƏBLƏĞ
Quzu ətinin qiyməti kəskin artdı - MƏBLƏĞ
Dabaq xəstəliyinin yaratdığı ajiotaj nəticəsində heyvan ətinin qiyməti kəskin bahalaşıb. Son 10 gün ərzində isə qiymətlər sürətlə artmağa başlayıb.
Əvvəl bir kiloqramı 22-23 manata satılan quzu əti hazırda 32 manata təklif olunur. Mal ətinin qiymətində isə 2-3 manat artım var.
Bahalaşma davam edəcək?
Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında bildirib ki, bahalaşmanın iki səbəbi var:
"Birinci səbəb odur ki, ölkəmizdə heyvanların sayı ilbəil azalır. Belə olan təqdirdə tələb təklifi üstələyir və bahalaşma davam edir. Üstəlik payız-qış aylarında ət məhsullarına tələbat artıb. Bu da qiymətlərə təsir edən əsas amillərdəndir.
Amma hazırkı bahalaşmanın əsas səbəbi süni əngəllərdir. Məlumdur ki, dabaq xəstəliyi ilə bağlı bölgələrdəki heyvan bazarları bağlanıb. Eyni zamanda heyvanların daşınması da qadağan edilib. Bununla belə Bakıda və digər şəhərlərdə restoran və şadlıq evləri öz fəaliyyətlərini davam etdirirlər. Ət qıtlığından şikayət edən də yoxdur.
Deməli, kimlərsə müxtəlif yollarla yenə də heyvan daşıyırlar. Bu daşıma isə məlum səbəblərdən kifayət qədər baha başa gəlir. Ona görə də ətin qiyməti bu qədər bahalaşır. Bahalaşma ən azı qadağalar aradan qaldırılana qədər davam edəcək".







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu