Qədim mayyaların son qalası tapıldı
Qədim mayyaların son qalası tapıldı
Arxeoloqlar qrupu Meksikanın Kampeçe şəhəri yaxınlığında Mayya hindularının son qalası sayılan Sak-Bəhlan qalasının xarabalıqlarını aşkar ediblər.
Bu barədə Meksika hökumətinin saytında bildirilir.
Məlumata görə, qala "Ağ Yaquar torpağı" kimi tanınır.
Qeyd olunur ki, Niderland arxeoloqu Yan de Vos hələ 1999-cu ildə müasir avadanlıqdan istifadə etməklə Yukatan cəngəlliyində qalanı tapmağa çalışsa da, uğursuzluğa düçar olub. 25 ildən sonra ABŞ, Yaponiya və Meksikadan olan mütəxəssislər qrupu axtarışları davam etdirib.
Havadan çəkilən fotoşəkillər Mayya xarabalıqlarının təsvirinə uyğun gələn bir sahəni aşkar edib. Ərazidə ağacların kölgəsində gizlənmiş 6700-ə yaxın qədim tikili tapılıb.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf