Qəfil ürək ölümü riski yüksək olan insan qrupu müəyyən edildi
Qəfil ürək ölümü riski yüksək olan insan qrupu müəyyən edildi
Danimarkalı alimlər müəyyən ediblər ki, şəkərli diabeti olan insanlarda qəfil ürək ölümünün riski əhəmiyyətli dərəcədə yüksəkdir və ölümlə nəticələnmə, xüsusilə, gənc yetkinlər üçün daha böyük təhlükə yaradır.
Braşdırmanın nəticələri "European Heart Journal" jurnalında dərc olunub.
Alimlər 2010-cu ildə Danimarkada baş vermiş 54 028 ölüm halını təhlil edərək onlardan 6 862-nin qəfil ürək ölümü olduğunu müəyyən ediblər. Daha sonra tədqiqatçılar ümumi ölüm hallarının hansı hissəsinin I və II tip diabeti olan insanlara aid olduğunu araşdırıblar.
Nəticələr göstərib ki, şəkərli diabeti olan insanlarda qəfil ürək ölümü xeyli daha çox baş verir: I tip diabetdə risk 3.7 dəfə, II tip diabetdə isə 6.5 dəfə yüksəkdir.
50 yaşdan aşağı şəxslər arasında bu xəstəliyə malik olanlarda risk diabeti olmayan həmyaşıdları ilə müqayisədə demək olar ki, yeddi dəfə yüksək olub.
Müəlliflər vurğulayırlar ki, araşdırma müşahidə xarakterlidir, lakin əldə olunan məlumatlar problemin miqyasını açıq şəkildə göstərir. Riskin artması həm diabet üçün tipik olan ürək-damar fəsadları, həm də xüsusi amillərlə, məsələn, qan şəkərinin kəskin enməsi epizodları və ya ölümcül aritmiyalara meyli artıran avtonom neyropatiya ilə bağlı ola bilər.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..