rdoğandan Maduronun həbsinə ilk reaksiya
rdoğandan Maduronun həbsinə ilk reaksiya
İlin ilk Nazirlər Kabineti iclasından sonra açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu və həyat yoldaşını həbs edərək Nyu-Yorka aparmasını tənqid edib.
"Ölkələrin suverenlik hüquqlarının pozulması və beynəlxalq hüququn çeynənilməsi qlobal səviyyədə ciddi fəsadlara yol aça biləcək riskli addımlardır. Hüququn gücü əvəzinə, gücün hüququnun hökm sürdüyü dünyada sabitlik, böhran və münaqişələr əskik olmaz." deyə Ərdoğan bildirib.
Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını və Türkiyənin bu məsələdəki həssaslığını ona çatdırdığını bildirib: "Cənab Trampla telefon danışığımızda ölkəmizin narahatlığını bildirdik. Venesuelanın qeyri-sabitliyə sürüklənməməsinin vacibliyini vurğuladıq."
"Cənab Maduro və Venesuela xalqı millətimizin dostu olduqlarını göstəriblər. Biz həm Türkiyə, həm də dost Venesuela xalqı üçün ən doğrusu nədirsə, onu etməyə çalışırıq." deyə Türkiyə prezidenti sonda əlavə edib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək