Rubio Zelenski ilə görüşəcək
Rubio Zelenski ilə görüşəcək
ABŞ dövlət katibi Marko Rubio ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün fevralın 14-də Münhendə keçirilməsi planlaşdırılır.
Bu barədə “Newsmax” məlumat yayıb. Nəşr adı açıqlanmayan Ukrayna rəsmisinə istinad edib.
Paylaşıma görə, görüş Münhen vaxtı ilə saat 17:00-da baş tutmalıdır.
Bundan əvvəl mediada Rubionun Münhendə Avropa liderləri ilə Ukrayna məsələsinə dair planlaşdırılmış görüşü görməzdən gəldiyi barədə məlumat yayılmışdı. Həmin iddialarla bağlı rəsmi açıqlama verilməyib.







Oxşar -Yeniinfo.az
Ukrayna Rusiya limanlarına zərbə endirdi
ABŞ-İran danışıqlarının əsas mövzuları
Hörmüz boğazına kim nəzarət edir?
Hörmüz boğazında rüsum tətbiq ediləcəkmi? - Tramp
Vens də İsveçrəyə getdi
Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
Ukrayna ordusu Belarusa hücum edə bilər - Polkovnik
Bunlar Kremlin nüfuzuna ciddi zərbədir - "Hill"