Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qətnamə ABŞ Senatında təqdim edilib
Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qətnamə ABŞ Senatında təqdim edilib
ABŞ Senatında Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya ayda 10 milyard dollar köçürülməsini təklif edən qətnamə layihəsi təqdim edilib.
Bu haqda Senatın saytında yerləşdirilən məlumatda deyilir.
Qətnamə layihəsi icra orqanlarını, G7 və Avropa İttifaqı liderlərini Rusiyanın aktivlərini ələ keçirməyə və onları ayda ən azı 10 milyard dollarlıq tranşlarla Ukraynaya köçürməyə çağırır.
Qətnamənin mətni hələlik ictimaiyyətə açıqlanmayıb. Qanun layihəsi baxılmaq üçün ABŞ Konqresinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?