Rusiya bu halda dünya üçün təhlükəsiz ölkə olacaq – Budanov
Rusiya bu halda dünya üçün təhlükəsiz ölkə olacaq – Budanov
Ukrayna Rusiyanın imperiya ambisiyalarını kökündən aradan qaldırmalı, onu sivil bir ölkəyə çevirməlidir ki, özünü daha təhlükəsiz hiss etsin və Avropa ilə dünya üçün təhlükə azalsın. Lakin bu, yaxın zamanda baş verməyəcək.
Bunu Ukrayna Prezident Ofisinin rəhbəri, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kirill Budanov bildirib.
Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri Rusiya bütün sahələrdə: iqtisadi, siyasi və demoqrafik baxımdan daha da kasıblaşıb.
“Dəyişməz qalan yeganə şey onun imperiya ambisiyalarıdır. Məhz bunu tamamilə aradan qaldırmaq lazımdır ki, Rusiyanı sivil ölkəyə çevirmək mümkün olsun. Buna nail ola biləcəyikmi? Şübhəsiz ki, bu bizim məqsədimizdir. Təəssüf ki, bu, yaxın zamanda baş verməyəcək. Amma əminəm ki, biz məqsədlərimizə çatacağıq”.
O qeyd edib ki, Rusiyanın daxili amillər səbəbindən dəyişəcəyini gözləməyə dəyməz:
“Ukrayna özü elə şərait yaratmalıdır ki, təcavüzkar dövlət imperiya kimi mövcudluğunu itirsin”.







Oxşar -Yeniinfo.az
İran Təl-Əvivdə dron zavodunu vurdu
Pakistanda daşqınlar: 45 nəfər öldü
Novorossiyskə zərbə endirilir
Hörmüz heç vaxt əvvəlki statusuna qayıtmayacaq - SEPAH
Pilotun xilası əməliyyatı: İranın itkiləri üzə çıxdı
Ukrayna bu 4 şəhərə 24 saatdır ardıcıl hücum edir
Əməliyyat bitdi, ABŞ zərbələrə davam edir
İrandan Trampa cavab: Açarlar güldanın altındadır!