Rusiya Ermənistana nəzarəti bərpa etməyə çalışacaq - Sandu
Rusiya Ermənistana nəzarəti bərpa etməyə çalışacaq - Sandu
Rusiya Federasiyası regionda keçirilən son seçkilərdən sonra öz strategiyasını nəzərdən keçirir və müxtəlif ölkələrin, o cümlədən Moldova Respublikasının siyasi proseslərinə müdaxiləni davam etdirəcək.
Bunu Moldova Prezidenti Maya Sandu bildirib.
Sanduya görə, Moskva diqqətini seçkilərin gözlənilən digər ölkələrə yönəldir, postsovet məkanında və hətta inkişaf etmiş demokratik ölkələrə belə nəzarətini və təsirini qorumağa çalışır:
"Rusiya Federasiyası hələ də strategiyasını təkmilləşdirir. Onlar belə nəticələri gözləmirdilər və indi öz planlarına yenidən baxmağa çalışırlar. Onlar seçkilərin keçiriləcəyi başqa ölkələrə diqqət yetirəcəklər. Məsələn, gələn il Ermənistanda seçkilər keçiriləcək və onlar Ermənistanda hökumət üzərində nəzarəti bərqərar etməyə çalışacaqlar".







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?