Telefon
WhatsApp
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb
300 X 250 Reklam Alanı

Rusiya Ermənistandan balıq məhsullarının idxalına qoyulan məhdudiyyətləri genişləndirib.

Bu barədə TASS-a “Rosselxoznadzor”dan məlumat verilib.

Məlumata görə, Ermənistanda daha iki müəssisənin məhsullarının sertifikatlaşdırılması əvvəllər aşkar edilmiş pozuntular aradan qaldırılana qədər müvəqqəti dayandırılıb.

Beləliklə, Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb.

Qeyd edək ki, iyunun 2-dən etibarən Ermənistandan Rusiyaya balıq idxalı qadağan edilib. Belə ki, qurumdan verilən məlumata görə, Rusiyaya balıq idxalı ilə məşğul olan əksər yerli şirkətlər yoxlamalardan keçməyib və ya yoxlamadan imtina edib, buna görə də pozuntular aradan qaldırılana qədər sertifikatlaşdırma dayandırılıb.

Xatırladaq ki, bundan öncə Rusiya Ermənistandan meyvə-tərəvəz, gül, bir neçə adda konyak və şərab, həmçinin "Cermuk" mineral suyunun idxalını və satışını qadağan edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150