Rusiya hökuməti bu ilin sonuna kimi 10 yeni diviziya formalaşdırmağı hədəfləyir
Rusiya hökuməti bu ilin sonuna kimi 10 yeni diviziya formalaşdırmağı hədəfləyir
“Rusiya hökuməti bu ilin sonuna kimi 10 yeni diviziya formalaşdırmağı hədəfləyir, ona görə də Ukraynada səfərbərlik davam etdirilməlidir.”
Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskiy deyib.
Onun sözlərinə görə, iyulda rusların itkiləri 33,2 min nəfərdən çox olub. Bu isə əvvəlki ayla müqayisədə 800 nəfər çoxdur.
"Buna baxmayaraq, Rusiya hər ay ordusunu 9 min nəfər artırır. Rusiya rəhbərliyi ilin sonuna kimi 10 yeni diviziya yaratmağı hədəfləyir ki, bunlardan da ikisi artıq yaradılıb. Ona görə də səfərbərlik tədbirlərini davam etdirmək, döyüş hazırlığını təkmilləşdirmək və qoşunlarımızın pilotsuz tərkib hissəsini gücləndirməkdən başqa çarəmiz yoxdur", - Sirskiy vurğulayıb.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf