Rusiya ilə toqquşma riskinə getmək istəmirik - Orpo
Rusiya ilə toqquşma riskinə getmək istəmirik - Orpo
Finlandiya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil, lakin təhlükəsizlik tədbirlərinin təşkilində iştirak etməyə hazırlaşır.
Bunu Finlandiya Baş naziri Petteri Orpo deyib.
Onun sözlərinə görə, praktikada real təhlükəsizlik zəmanətlərini böyük Avropa ölkələri və ABŞ verməlidir:
"Təhlükəsizlik zəmanətləri olduqca ciddi məsələdir. Biz təhlükəsizlik zəmanəti verməyə hazır deyilik, lakin təhlükəsizliyin təşkilində kömək edə bilərik".
“Finlandiya Ukraynaya öz əsgərlərini göndərə bilərmi” sualına cavabında o bildirib ki, Helsinki Rusiya ilə toqquşma riskinə getmək istəmir.
Qeyd edək ki, Finlandiya ABŞ-ın 28 bəndlik sülh planında təhlükəsizlik zəmanəti verən ölkələrdən biri kimi göstərilib. Orpo Finlandiyanın hansı səbəbdən sənədə daxil edildiyini bilmədiyini vurğulayıb.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək