Rusiya Kiyev vilayətini vurdu: ölənlərin sayı artdı
Rusiya Kiyev vilayətini vurdu: ölənlərin sayı artdı
Martın 14-nə keçən gecə Rusiya qoşunlarının Ukraynanın Kiyev vilayətinə raket və dron hücumu nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik Teleqram kanalında yazıb.
"Təəssüf ki, Brovarı rayonunda iki nəfər həlak olub. Yataqxana binası, istehsalat və anbar binaları zədələnib", - Kalaşnik bildirib.
O qeyd edib ki, hücumun fəsadları həmçinin paytaxtın Obuxov rayonunda da qeydə alınıb:
“Orada çoxmərtəbəli binanın texniki otağı zədələnib, yaxınlığında isə avtomobillər yanıb”.
***
Rusiya qoşunlarının Ukraynanın Kiyev vilayətinə hücumu nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Bu barədə vilayət hərbi administrasiyanın rəhbəri Nikolay Kalaşnik məlumat verib.
Hücum nəticəsində 22 nəfər də yaralanıb.







Oxşar -Yeniinfo.az
İran Təl-Əvivdə dron zavodunu vurdu
Pakistanda daşqınlar: 45 nəfər öldü
Novorossiyskə zərbə endirilir
Hörmüz heç vaxt əvvəlki statusuna qayıtmayacaq - SEPAH
Pilotun xilası əməliyyatı: İranın itkiləri üzə çıxdı
Ukrayna bu 4 şəhərə 24 saatdır ardıcıl hücum edir
Əməliyyat bitdi, ABŞ zərbələrə davam edir
İrandan Trampa cavab: Açarlar güldanın altındadır!