Rusiya Kiyevi yenə vurdu: ölənlərin sayı artdı
Rusiya Kiyevi yenə vurdu: ölənlərin sayı artdı
Ukraynanın paytaxtı Kiyev Rusiya ordusunun hava hücumlarına məruz qalıb.
Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
O bildirib ki, hücumları nəticəsində 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Bundan başqa, şəhərin müxtəlif ərazilərində yerləşən yaşayış binalarına ziyan dəyib və nəticədə bir neçə yerdə yanğın baş verib.
Dövlət Təcili Yardım Xidməti üçü uşaq olmaqla 52 nəfəri təxliyə etdiyini açıqlayıb.
***
Kiyevdə Rusiya ordusunun noyabrın 29-da həyata keçirdiyi kütləvi hücum nəticəsində ölənlərin və yaralananların sayı artıb.
Bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
"Hadisə nəticəsində 3 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Fövqəladə xidmətlər axtarış-xilasetmə tədbirlərini davam etdirir", - o qeyd edib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?