Rusiya “min kəsik” taktikasından istifadə edir
Rusiya “min kəsik” taktikasından istifadə edir
Rusiya işğalçı qoşunları Dnepropetrovsk vilayətində “min kəsik” taktikasından istifadə edirlər.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyat Şurasının sədri İvan Timoçko deyib.
“Əslində vəziyyət belədir: landşaft, coğrafi şərait və rusların orada öz tələblərinə uyğun qüvvə konsentrasiyası yarada bilməməsi nəzərə alınanda, biz də bunda çətinlik çəkirik — düşmən burada “min kəsik” adlandırılan taktikaya əl atıb. Onlar bölmələrini bizim qüvvələrin arxasına sızdırmağa çalışırlar. Döyüşdə ön cəbhə xətti ilə üz-üzə gəlməyib , məhz arxaya daxil olurlar ki, orada möhkəmlənsinlər və xərçəng metaforası kimi sağlam orqana daxil olaraq orada genişlənsinlər. Kiçik qruplarla, zirehli texnika cəlb etmədən…", - o qeyd edib.
Timoçkonun sözlərinə görə, belə yanaşma Ukrayna logistikasına ciddi yüklənmə yaradır və hərəkəti çətinləşdirir.
O bildirib ki, arxalara nəzarət etməyə, düşmən qruplarını kəsməyə və onları lokallaşdıraraq məhv etməyə ehtiyac var:
“Bütün bunlar vaxt və qüvvə tələb edir. Yenə də rusların orada genişmiqyaslı irəliləyiş aparmaq üçün kifayət qədər qoşunu yoxdur. Bizdə isə onları geri çəkilməyə məcbur etmək üçün kifayət qədər güc çatmır. Buna görə də indiki vəziyyətdə döyüşlər məhz belə lokallaşdırılmış şəkildə gedir”.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...