Rusiya MN: Ölkə üzərində 21 Ukrayna dronu vurulub
Rusiya MN: Ölkə üzərində 21 Ukrayna dronu vurulub
Rusiya Hava Hücumundan Müdafiə sistemləri beş saat ərzində üç region və Qara dəniz üzərində ümumilikdə 21 Ukrayna pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, Moskva vaxtı ilə 18:00–23:00 aralığında Belqorod vilayəti üzərində səkkiz dron, Orlov və Rostov vilayətləri üzərində isə hərəsi bir olmaqla iki PUA vurulub.
Bundan əlavə, Qara dəniz üzərində 11 pilotsuz uçuş aparatı məhv edilib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?