Rusiya müharibəyə rekord məbləğdə pul ayırıb - MT
Rusiya müharibəyə rekord məbləğdə pul ayırıb - MT
Rusiya 2026-cı il üçün federal büdcəni təsdiqləyib. Son iki həftə ərzində sənəd parlamentin hər iki palatasından keçib və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Bu barədə “Moskva Tayms” nəşri yazıb.
Sənədə əsasən, Kreml gələn il 40,27 trilyon rubl (518,9 milyard dollar) gəlir əldə etməyi, xərcləri isə 44,06 trilyon rubl (567,8 milyard dollar) təşkil edəcəyini gözləyir. Nəticədə yaranan kəsir ölkənin ümumi ÜDM-nin təxminən 1,6%-ni təşkil edəcək.
Rusiya Ukrayna ilə müharibəyə rekord məbləğdə pul xərcləməyi planlaşdırır. Büdcənin demək olar ki, 30%-i (12,93 trilyon rubl və ya 166,8 milyard dollar) silah alışı da daxil olmaqla, orduya ayrılacaq.
Qeyd olunur ki, bu, Sovet dövründən bəri ən yüksək hərbi xərcdir.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..