Rusiya ordusu Ukraynanın şəhərlərinə 450 dron və 30 raketlə zərbə endirib
Rusiya ordusu Ukraynanın şəhərlərinə 450 dron və 30 raketlə zərbə endirib
Rusiya ordusunun ümumilikdə 450-dən çox zərbə dronu və müxtəlif tipli 30 raketdən istifadə etməklə Ukrayna ərazisinə endirdiyi zərbə nəticəsində 2 nəfər yaralanıb, iri şəhərlər işıqsız və susuz qalıb.
Bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında etdiyi paylaşımda bildirib.
“Odesa vilayətində iki nəfər yaralanıb. Ölkə üzrə ondan çox mülki obyektə ziyan dəyib. Bu gecə Kirovoqrad, Nikolayev, Odesa, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərinə endirilən zərbələr nəticəsində minlərlə ailə hazırda işıqsız qalıb. Dnepropetrovsk və Çerkası vilayətləri də atəşə tutulub. Düşmən ümumilikdə 450-dən çox zərbə dronu və müxtəlif tipli 30 raketdən istifadə edib. Vəziyyəti bərpa etmək və yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Bərpa işlərinə cəlb olunan bütün insanlara təşəkkür edirəm”, - Zelenski qeyd edib
.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək