Rusiya ordusu Xarkova zərbə endirib, 4 nəfər ölüb
Rusiya ordusu Xarkova zərbə endirib, 4 nəfər ölüb
Rusiya ordusunun Xarkovda poçt terminalına hava zərbəsi nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb.
Bu barədə “RBK-Ukraine” Xarkov vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən məlumat yayıb.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, terminala endirilən zərbə nəticəsində ətrafdakı binalar dağılıb və ümumi sahəsi təxminən 500 kvadratmetr olan bir neçə yanğın ocağı yaranıb.
“Xidmətin əməkdaşları 30 nəfəri xilas edib, onlardan ikisi dağıdılmış binanın konstruksiyalarının altından çıxarılıb”, – qurumdan bildirilib.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq