Rusiya Türkiyədə səkkiz atom reaktoru inşa edə bilər
Rusiya Türkiyədə səkkiz atom reaktoru inşa edə bilər
Türkiyə Rusiya ilə Qara dəniz sahilindəki Sinop şəhərində və Trakiyada səkkiz atom reaktorunun tikintisini müzakirə edir.
Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraqdar "Rossiya-24" telekanalına müsahibəsində açıqlayıb.
Nazir xatırladıb ki, Rusiyanın "Rosatom" dövlət korporasiyası ilə birgə "Akkuyu" Atom Elektrik Stansiyası (AES) inşa edilir və Türkiyə 2026-cı ildə stansiyanın dörd reaktorundan birincisini istismara verməyi planlaşdırır.
"Bundan əlavə, Sinopda və Trakiyada daha səkkiz reaktora ehtiyacımız var. Hazırda bu layihələr üzərində danışıqlar aparırıq", – deyə Bayraqdar qeyd edib.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...