Rusiya-Ukrayna müharibəsi Türkiyədə müzakirə olunacaq
Rusiya-Ukrayna müharibəsi Türkiyədə müzakirə olunacaq
ABŞ Prezidenti Donald Tramp bu gün Türkiyədə başlayacaq NATO Zirvə Toplantısında Ukrayna ilə Rusiya arasında razılığa gəlmək üçün çıxış yolu axtaracaqlarını bildirib.
Yeni info.az-a Modern.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp Rusiya-Ukrayna müharibəsindən danışıb: "Biz NATO-ya gedəcəyik, məsələni müzakirə edəcəyik və düşünürəm ki, bunu edəcəyik".
Tramp iki ölkə arasında müharibəni dayandırmaqda uğur qazanacağına ümid etdiyini təkrarlayıb: "Düşünürəm ki, Ukraynadakı müharibəyə son qoymağa çox yaxınıq. Həm Rusiya, həm də Ukrayna liderləri razılığa gəlmək istəyirlər".
Rusiya-Ukrayna müharibəsinin əsas silahlarından olan PUA-nın önəminə toxunan Tramp deyib: "Kim düşünərdi ki, dronlar bu qədər böyük bir amilə çevriləcək? Onlar ağır texikaları sıradan çıxarırlar. Bu inanılmazdır. Bir ağacın arxasında gizlənirsən və o gəlib səni tapır. Və mən görmək istəmədiyim səhnələr görmüşəm, sənin də onları görməyini istəmirəm".







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski