Rusiya-Ukrayna müharibəsindəki itkilər açıqlandı
Rusiya-Ukrayna müharibəsindəki itkilər açıqlandı
BMT-nin İnsan Haqları Ali Komissarlığı bildirir ki, Ukraynada müharibə başlayandan bəri azı 53 min mülki şəxs zərər çəkib.
Onlardan 14 534 nəfəri həlak olub, 38 472 nəfər yaralanıb.
Ukrayna Ombudsmanı Rusiyada 16 minə yaxın ukraynalı mülkinin qanunsuz saxlanıldığını, itkin düşənlərin sayının isə on minlərlə olduğunu bildirir, bəzi xarici QHT-lər bu rəqəmi 70 minə qədər qiymətləndirir.
Müharibənin əvvəlindən bu yana 60–100 min ukraynalı hərbçi həlak olub, 300–350 min arası əsgər yaralanıb. Müstəqil “UALosses” layihəsi adla təsdiqlənmiş 79 mindən çox ukraynalı hərbçinin öldüyünü bildirir.
ABŞ və Britaniya kəşfiyyatının qiymətləndirmələri Rusiyanın insan itkilərinin müharibə boyunca 1 milyon nəfərə yaxınlaşdığını göstərir. Hesabatlara görə, azı 220–280 min rus hərbçisi öldürülüb, 800 mindən çoxu yaralanıb. Beləliklə, Rusiyanın ümumi hərbi itkiləri 1–1,1 milyon nəfər arasında qiymətləndirilir.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..