Telefon
WhatsApp
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
300 X 250 Reklam Alanı

Rusiya ordusu yerüstü hücum taktikasını daim dəyişməsinə baxmayaraq, Ukrayna müdafiəsini yarmaq cəhdlərində ciddi çətinliklərlə üzləşir.

Axar.az Yeni info.az xəbər verir ki, bu barədə “Forbes”in analitiki Vikram Mittal qeyd edib.

O bildirib ki, Rusiya qüvvələrinin uğurlu hücum əməliyyatları aparmaq qabiliyyəti davamlı şəkildə azalır:

“Ukrayna bölmələri pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə düşməni effektiv şəkildə aşkar edir və məhv edir, çox vaxt onun irəliləmə cəhdlərini tamamilə puça çıxarır. Böyük miqyaslı zirehli hücumlar zamanı ağır itkilərə cavab olaraq Rusiya müxtəlif hücum formatlarını sınaqdan keçirməyə başlayıb: kiçik qruplarla sızma taktikalarından tutmuş, yüngül texnikanın istifadə olunduğu "hibrid" mexanikləşdirilmiş hücumlara qədər.

Əvvəlcə işğalçı qüvvələr sovet üslublu kütləvi hücumlardan imtina edərək kiçik qruplarla gizli irəliləmə taktikasına keçdilər. Son bir il ərzində belə hücum qrupları tağımdan bölmələrə qədər kiçilib, hazırda isə Rusiya qoşunları getdikcə daha çox iki nəfərlik qruplarla sızma taktikasından istifadə edir. Bir neçə belə cütlük eyni vaxtda irəli göndərilir və hesab edilir ki, onların heç olmasa bir hissəsi mövqelərdə möhkəmlənə biləcək.

Lakin Ukrayna dron operatorları hətta bu cür kiçik hədəfləri də uğurla aşkarlayırlar. Rusiyalı hərbçilər ön mövqe yarada bilsələr belə, həmin nöqtələrin logistik təminatı qısa müddətdə PUA-larla məhv edilir, bundan sonra Ukrayna qüvvələri əks-hücumlar vasitəsilə həmin əraziləri təmizləyirlər”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150