Rusiya və Azərbaycan prezidentləri Tacikistanda görüşəcək
Rusiya və Azərbaycan prezidentləri Tacikistanda görüşəcək
Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, Putinin oktyabrın 8-dən 10-dək Tacikistana üç günlük səfəri başlayıb.
Rusiya liderinin Düşənbədəki qrafikinə dövlət səfəri çərçivəsində tədbirlər, həmçinin Mərkəzi Asiya-Rusiya ikinci Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak daxildir.
Kremldən verilən məlumata görə, dövlət səfəri çərçivəsində Putin Tacikistan Prezidenti Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
Peskov Putin-Əliyev danışıqlarının cümə axşamı, oktyabrın 9-da baş tutacağını və Rusiya ilə Azərbaycan arasında münasibətlərin danışıqların gündəmində olacağını qeyd edib. Kremlin sözçüsü görüşün iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətini nümayiş etdirdiyini vurğulayaraq, Rusiya tərəfinin müsbət əhval-ruhiyyədə olduğunu bildirib.
Tacikistan tərəfi ilə bir sıra mühüm sənədlər imzalanacaq, o cümlədən sərhəd təhlükəsizliyinin gücləndirilməsi, terrorizm və ekstremizmə qarşı mübarizə üzrə əməkdaşlıq proqramları, 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası qəbul ediləcək.
Bundan başqa, “MDB Plus” formatının yaradılması və Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunun verilməsi ilə bağlı qərarların təsdiq edilməsi də nəzərdə tutulur.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"