Telefon
WhatsApp
Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır
300 X 250 Reklam Alanı

“Rusiya-Çin Dəniz Qarşılıqlı Əlaqəsi 2026" təlimləri cari il iyulun 6-13-də Sarı dənizdə keçiriləcək.

Yeni info.az-a AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Rusiyanın və Çinin Hərbi Dəniz Qüvvələri dəniz aviasiyasının dəstəyi ilə birgə xilasetmə əməliyyatlarını təkmilləşdirəcək, sualtı qayıqlara qarşı döyüş və hava hücumundan müdafiə təcrübələrini nümayiş etdirəcək və birgə artilleriya atəşi həyata keçirəcək.

Rusiya və Çin donanmalarının iştirakı ilə ilk dəniz təlimləri 2005-ci ilin avqust ayında Sarı dənizdə təşkil olunub. 2012-ci ildən bəri Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindən kənarda Rusiya və Çinin dənizdəki təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün döyüş hazırlığını daha da gücləndirmək məqsədi daşıyan "Dəniz Qarşılıqlı Əlaqəsi" adlı ixtisaslaşmış illik dəniz təlimləri keçirilir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150