Rusiya yenidən Türkiyə gəmisinə HÜCUM ETDİ
Rusiya yenidən Türkiyə gəmisinə HÜCUM ETDİ
Rusiyanın hərbi qüvvələri yenidən Türkiyəyə məxsus mülki gəmini hədəfə alıb.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, şənbə günü pilotsuz uçuş aparatı ilə Misirə doğru hərəkət edən “VIVA” adlı Türkiyə gəmisi vurulub.
Qeyd olunur ki, Rusiya tərəfi günəbaxan yağı daşıyan “VIVA” gəmisinə məqsədli şəkildə zərbə endirib. Gəmi Qara dənizdə taxıl dəhlizi üzrə hərəkət edirmiş və onun göyərtəsində Türkiyə Respublikasının 11 vətəndaşı olub.
Ukrayna hərbçiləri bildiriblər ki, insident nəticəsində ekipaj üzvləri xəsarət almayıb. Hazırda gəmi hərəkətini davam etdirir və təyinat limanı olan Misirə doğru üzür.
Məlumata görə, hücum açıq dənizdə, Ukraynanın müstəsna iqtisadi zonasında baş verib və bu ərazi Ukraynanın hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsindən kənarda yerləşir. Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın bu addımını beynəlxalq dəniz hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib. Qeyd olunub ki, bu cür hücumlar gəmiçilik azadlığının əsas prinsiplərinə ziddir və San-Remo Təlimatlarının açıq şəkildə pozulmasıdır.
Ukrayna tərəfi gəminin kapitanı ilə daim əlaqə saxlanıldığını, ehtiyac yaranacağı halda dəniz axtarış-xilasetmə xidmətinin köməyə hazır olduğunu açıqlayıb.
Xatırladaq ki, dekabrın 12-də də Rusiyanın hava zərbəsi nəticəsində Ukraynanın Odessa vilayətində Türkiyəyə məxsus başqa bir mülki gəmi zədələnmiş və yanğın baş vermişdi. Həmin gəmi Türkiyənin Karasu limanından Rumıniyaya doğru hərəkət edirdi.







Oxşar -Yeniinfo.az
Ukrayna qoşunları beş kəndi azad etdi
Yer kürəsi yavaşlayır, günlər uzanır
İran İraqa qaz tədarükünü bərpa edəcəkmi?
Hərəkətsizlik xərçəng riskini artırırmı?
Putin Zaporojye AES-lə bağlı mövqeyini elan etdi
Meloninin xəbərdarlığı: 2026-da bizi nə gözləyir?
Yaponiya Nazirlər Kabineti rekord müdafiə xərcləri olan büdcə layihəsini təsdiqləyib
KİV: Kaliforniyada əlverişsiz hava şəraiti səbəbindən üç nəfər ölüb