Rusiyada alimlər siçovulların beyninə süni intellekt yerləşdirdilər
Rusiyada alimlər siçovulların beyninə süni intellekt yerləşdirdilər
Rusiyanın "Neiry" biotexnoloji laboratoriyası beyninə süni intellekt implantasiya edilmiş siçovullar haqqında məlumat verib.
Alimlər "RIA Novosti"yə müsahibəsində qeyd ediblər ki, süni intellektin tətbiqi onların normal davranışına təsir etmir: gəmiricilər ətrafındakılara maraq və iştahalarını qoruyub saxlayırlar.
Süni intellektdən istifadə etməklə keçirilən təlim gündə 30 dəqiqədən 1 saata qədər davam edir.
Mütəxəssislər vurğulayırlar ki, siçovullar elektrod vasitəsilə beyin stimullaşdırılmasını məcburiyyət kimi deyil, işarə kimi qəbul edir və mükafat axtararaq tez öyrənirlər. Neyrointerfeys gəmiriciləri öz iradəsindən məhrum etmir: elektrod vasitəsilə ötürülən siqnalı, məsələn, bığlara yüngül toxunuş kimi hiss etmək olar. Əgər siçovul toxdursa və ya yorğundursa, neyrointerfeys işini dayandırır.
"Yəni stimullaşdırmanın köməyi ilə biz robot kimi siçanı düzgün istiqamətə dönərək idarə etmirik", - deyə laboratoriyadan izahat verilib.
2024-cü ilin noyabrında rus alimləri dünyada ilk olaraq siçovulun beyninə süni intellekt yeridiblər. Neyrointerfeys beyinin xüsusi sahələrini stimullaşdırmaq üçün elektrodlardan istifadə edərək, gəmiricidə "bəli" və "yox" cavabları ilə əlaqəli xüsusi hisslər yaradır.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...