Rusiyada şəxsi vertolyot havaya qalxandan bir müddət sonra itib
Rusiyada şəxsi vertolyot havaya qalxandan bir müddət sonra itib
Rusiyanın Amur vilayətində şəxsi vertolyot itib.
ilkin məlumatlara görə, Amaranka kəndi yaxınlığındakı ağac kəsmə sahəsindən qalxan Robinson R44 vertolyotla əlaqə qurmaq mümkün olmayıb.
Vertolyotun göyərtəsində dörd nəfərin olduğu bildirilir. Onun yeri ilə bağlı hələ də məlumat əldə etmək mümkün olmayıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Amur bölgəsi üzrə Baş İdarəsinin xüsusi qrupu və xilasediciləri hadisə yerinə göndərilib.
Axtarış işlərinə 36 nəfər şəxsi heyət və 12 texnika, o cümlədən üç motorlu xizək və bir pilotsuz uçuş aparatı cəlb olunub.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi