Rusiyada təyyarə qəzaya uğradı: Yeddi heyət üzvünün həlak olduğu ehtimal edilir
Rusiyada təyyarə qəzaya uğradı: Yeddi heyət üzvünün həlak olduğu ehtimal edilir
Rusiyanın İvanovo vilayətindəki Uvodskoye su anbarı yaxınlığında "An-22" təyyarəsi qəzaya uğrayıb. Təyyarənin hissələri suyun üzərindən tapılıb.
Verilən məlumata görə, bu barədə təcili yardım xidmətləri məlumat verib.
"An-22" ("Antey") təyyarəsinin yeddi heyət üzvünün öldüyü ehtimal olunur.
Hazırda təcili yardım xidmətləri hadisə yerində işləyir.
Təyyarənin təmirdən sonra adi sınaq uçuşu etdiyi bildirilir. Qəzanın yanacaq sızması səbəbindən baş verdiyi ehtimalı olunur.
13:40
Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.
Məlumatı REN TV yayıb.
Təyyarədə yeddi heyət üzvü olub.
Yaralılar barədə məlumat dəqiqləşdirilir.
İlkin məlumata görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur.
"An-22" hərbi nəqliyyat təyyarəsi "Antonov" Aviasiya Şirkəti tərəfindən hazırlanmış dünyanın ən böyük turbovintli təyyarəsidir.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək