Rusiyalı basketbolçunun ABŞ-yə ekstradisiyası barədə qərar çıxarıldı: İdmançını 25 il həbs cəzası gözləyir
Rusiyalı basketbolçunun ABŞ-yə ekstradisiyası barədə qərar çıxarıldı: İdmançını 25 il həbs cəzası gözləyir
Paris məhkəməsi Fransada saxlanılan rusiyalı basketbolçu Daniil Kasatkinin ABŞ-yə ekstradisiyasına dair qərar çıxarıb.
Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançını kompüter fırıldaqçılığına görə ABŞ-də 25 ilə qədər həbs cəzası gözləyir.
Basketbolçu 2025-ci il iyunun 21-də ABŞ-nin tələbi ilə sevgilisi ilə getdiyi "Ruassi-Şarl-de-Qoll" hava limanında saxlanılıb. Kasatkin haker qrupunda iştirakda şübhəli bilinir. Rusiyalı idmançı ittihamları rədd edir.
Daha əvvəl bildirilmişdi ki, Kasatkinin şübhəli bilindiyi haker şəbəkəsi iki federal qurum da daxil olmaqla, təxminən 900 təşkilata hücumlar həyata keçirib.







Oxşar -Yeniinfo.az
Rubio Zelenski ilə görüşəcək
Zelenski İran Şahının oğlu ilə görüşdü
Ukrayna əhalisi ağır vəziyyətdə - Hesabat
Putin hazırda gizli səfərbərlik həyata keçirir
Putini yalnız bu ölkə dayandıra bilər - Zelenski
Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
İsveç Ukraynaya silah alışı üçün 100 milyon dollar verdi
Son 15 il ərzində ilk dəfə Fin körfəzi tamamilə buzla örtülə bilər - Xəbərdarlıq