Rusiyanın planları pozulub, geri çəkilirlər - Sırski
Rusiyanın planları pozulub, geri çəkilirlər - Sırski
Rusiya hücum əməliyyatlarını heç vaxt dayandırmayıb və faktiki olaraq, 2025-ci ildən 2026-cı ilə fasiləsiz keçib.
Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.
“Yeni il ərəfəsində hava şəraiti pisləşsə də, düşmənin hücum fəallığı çox yüksək olub. 2025-ci ildə Rusiya komandanlığının planları pozulub. Həmin vaxt Rusiya qüvvələri bütün Donetsk, Luqansk, eləcə də Dnepropetrovsk və Zaporojye vilayətinin böyük hissəsini ələ keçirməyə çalışırdı.
Kupyanskın ələ keçirilməsi ilə bağlı nə qədər elan olduğunu xatırlayırsınız. Pokrovsk neçə dəfə “ələ keçirildi”? 6-7 dəfə? Xatırlamıram. Və bu, 2024-cü ilin sentyabrından bəri davam edir. Sonra ilk dəfə Pokrovskun 30 sentyabrda “ələ keçiriləcəyini” elan etdilər.
Bu gün müdafiəçilərimiz Pokrovsk istiqamətində mövqelərini qoruyur, Pokrovsk və Mirnoqradın şimal ətraflarını nəzarətdə saxlayırlar. Düşmən hər gün mövqelərimizə hücum edir, itki verir və geri çəkilir", - deyə o bildirib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi