Rusiyanın Saratov şəhərində yaşayış binasında baş verən partlayışın ardınca dağıntılar altından yeddi cəsəd çıxarılıb
Rusiyanın Saratov şəhərində yaşayış binasında baş verən partlayışın ardınca dağıntılar altından yeddi cəsəd çıxarılıb
Rusiyada binada baş verən partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb - VİDEO - YENİLƏNİB
Rusiyada binada baş verən partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb - VİDEO - YENİLƏNİB
26 iyul 2025 01:38 (UTC +04:00)
Rusiyanın Saratov şəhərində yaşayış binasında baş verən partlayışın ardınca dağıntılar altından yeddinci cəsəd çıxarılıb.
Yeni İnfo xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, beton plitələrin altında daha dörd nəfərin – üç böyük və bir uşağın – qaldığı ehtimal olunur.
Onlar itkin düşmüş şəxslər kimi qeydiyyata alınıb.
Hadisə nəticəsində xəsarət alan 13 nəfərə tibbi yardım göstərilib. Axtarış-xilasetmə işləri davam etdirilir.
****
18:04
Rusiyada hündürmərtəbəli binada baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Yeni İnfo Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
***
13:57
Rusiyada hündürmərtəbəli binada güclü partlayış baş verib.
Yeni İnfo Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Saratovda qeydə alınıb.
Partlayışın təbii qaz sızmasından baş verdiyi bildirilir.
Partlayış nəticəsində üç nəfər, o cümlədən bir uşaq ölüb.
Xilasedicilər dağıntılar altından 10 yaralını çıxarıblar.
Sakinlər təxliyə edilib.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf