Rusiyanın Sumıya aviazərbəsi nəticəsində 4 nəfər ölüb
Rusiyanın Sumıya aviazərbəsi nəticəsində 4 nəfər ölüb
Rusiyanın Sumı şəhərinin mərkəzinə idarəolunan aviasiya bombası (KAB) ilə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.
Bu barədə RBK-Ukrayna Sumı Vilayət Hərbi Administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində azı 27 nəfər xəsarət alıb. Yaralılar arasında 7 uşaq da var.
Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, xəstəxanada ürəyi dayanmış bir kişinin həyatı həkimlər tərəfindən xilas edilib, lakin onun vəziyyəti kritik ağır olaraq qalır. Gənc bir qadının da vəziyyətinin son dərəcə ağır olduğu qeyd edilib.
Qriqorovun sözlərinə görə, hadisə yerində həkimlər 5 yaşlı qızın həyatını xilas etməyə çalışsalar da, reanimasiya tədbirləri nəticə verməyib və uşaq dünyasını dəyişib. Onun yanında olan qadın isə orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bundan başqa, 61 yaşlı bir kişinin də zərbə nəticəsində həyatını itirdiyi bildirilib.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski