Telefon
WhatsApp
Rusiyanın Ukraynaya dron hücumları nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb
300 X 250 Reklam Alanı

Ukraynanın Zaporojya vilayətində gecə hücumları nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb.

 

Bu haqda Zaporojya administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

 

Xəsarət alanlar arasında üç uşaq - 9 və 10 yaşlı oğlanlar, həmçinin 16 yaşlı qız da var.

 

Hücumlar nəticəsində 14 yaşayış binasına və 40-dan çox fərdi yaşayış evinə ziyan dəyib. Hazırda onların işıq və qaz təminatı kəsilib.

 

***

 

06:39

 

Rusiya ordusu Ukrayna ərazisini PUA və raketlərdən kütləvi şəkildə atəşə tutub.

 

Ukrayna tərəfi gecə saatlarında hava məkanında Rusiya ordusuna aid 100-dən çox pilotsuz təyyarə aşkarlandığını açıqlayıb.

 

Paytaxt Kiyev, Dnapr, Pavloqrad, Lutsk şəhərləri, Zaporojya, Dnepropetrovsk, Çerkassı, Vinnitsa, Çerniqov, Jitomir, Sumı, Poltava, Rovne vilayətləri PUA və qanadlı raketlərin intensiv atəşinə məruz qalıb.

 

Hücum nəticəsində bir çox bölgələrdə partlayışlar nəticəsində yaşayış və iaşə obyektlərində dağıntıların olduğu bildirilir. İnsan tələfatı ilə bağlı hələ ki, heç bir məlumat yoxdur.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150