Rusiyanın Xarkova PUA hücumu nəticəsində 4 nəfər ölüb, 17 yaralı var - YENİLƏNİB
Rusiyanın Xarkova PUA hücumu nəticəsində 4 nəfər ölüb, 17 yaralı var - YENİLƏNİB
Noyabrın 23-də axşam saatlarında Rusiya ordusu Xarkova kütləvi PUA hücumu həyata keçirib.
Bu barədə şəhər meri İqor Terexov bu barədə Telegram-da məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 4 nəfər ölüb, yaralıların sayı 17 nəfərə yüksəlib.
***
02:50
Xarkovda bir-birinin ardınca baş verən partlayışlardan sonra güclü yanğın qeydə alınıb.
Bu baradə "Strana.ua" məlumat yayıb.
Qeyd olunub ki, şəhərdə energetika infrastrukturuna məxsus obyekt də zədələnib. Yanğının miqyası və mümkün itkilər barədə əlavə məlumat açıqlanmayıb.
****
00:38
Ukraynanın Xarkov şəhəri Rusiyanın zərbə dronlarının hücumuna məruz qalıb.
Bu barədə şəhər meri İqor Terexov məlumat yayıb.
Xarkovun meri əlavə edib ki, düşmən dronu şəhərdəki fərdi yaşayış evlərindən birinə düşüb.
Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, düşmən PUA-sı Saltovsk rayonuna düşüb.
Zərərçəkənlər və dağıntıların miqyası barədə məlumat yoxdur.
Monitorinq kanallarının məlumatına əsasən, 20-dən çox “Geran-2” tipli kamikadze dronunun Xarkov və Kramatorsk istiqamətində uçuşu qeydə alınıb. Ekspertlər hücum təhlükəsinin hələ də aktual olduğunu bildirir.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp