Rusiyaya məxsus təyyarə qəzaya uğradı: 29 ölü
Rusiyaya məxsus təyyarə qəzaya uğradı: 29 ölü
An-26 hərbi təyyarəsi ilə Krım üzərində əlaqə kəsilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarəyə kənardan müdaxilə qeydə alınmayıb, heyət üzvlərinin taleyi hələlik məlum deyil.
Əraziyə axtarış-xilasetmə qüvvələri göndərilib.
***
An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Axtarış-xilasetmə qrupu tərəfindən An-26 təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - məlumatda vurğulanıb.
Qeyd edək ki, təyyarənib qayaya çırpıldığı vurğulanır.
Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi