Rusiyaya qarşı təkzibedilməz sübutlarımız var - Zelenski
Rusiyaya qarşı təkzibedilməz sübutlarımız var - Zelenski
Ukraynanın əlində Rusiyanın İrana kəşfiyyat məlumatları verməkdə davam etdiyinə dair təkzibedilməz sübutlar var.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşenkonun hesabatına istinadən deyib.
"Rusların İran rejiminə kəşfiyyat məlumatı verməkdə davam etdiyinə dair təkzibedilməz sübutlarımız var", — o bildirib.
Onun sözlərinə görə, Rusiya özünün radiotexniki və elektron kəşfiyyat imkanlarından, həmçinin Yaxın Şərqdəki tərəfdaşları ilə qarşılıqlı əlaqələrə dair bəzi məlumatlardan istifadə edir.
Zelenski İvaşenkoya Kiyevin açıqlaya biləcəyi informasiyalar barədə tərəfdaşları və media nümayəndələrini məlumatlandırmağı tapşırıb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi