Telefon
WhatsApp
Rütte: İranın atəşkəs rejimini pozması ABŞ-nin sərt cavabını tələb edib
300 X 250 Reklam Alanı

İyulun 8-nə keçən gecə ABŞ-nin İrana endirdiyi zərbələr tamamilə əsaslı idi.

Yeni info.az-a "Report" xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Ankarada jurnalistlərə açıqlamasında deyib.

"Hesab edirəm ki, bu, tamamilə zəruri idi. Əgər atəşkəs haqqında razılaşma qüvvədədirsə və İran faktiki olaraq onu pozursa - biz dünən gəmilərə hücumları (Hörmüz boğazında - red.) gördük - o zaman ABŞ üçün sərt cavab vermək son dərəcə vacibdir", - o bildirib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç gəmiyə zərbələrinə cavab olaraq İrana "bir sıra güclü zərbələr" endirdiyini bəyan etmişdi. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İrandan neft və neft məhsullarının tədarükü və satışına icazəni nəzərdə tutan lisenziyanın ləğv etdiyini elan etmişdi.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz və Aerokosmik qüvvələri ABŞ-nin İrana zərbə endirməsinə qarşılıq verib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150