Telefon
WhatsApp
Rütte: Zəmanətlərimizin iki səviyyəsi olacaq ki, Putin yenidən Ukraynaya hücum etməyi düşünməsin
300 X 250 Reklam Alanı

Ukrayna, ABŞ və Avropa İttifaqı elə təhlükəsizlik zəmanətləri üzərində işləyirlər ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada oturaraq bir daha Ukraynaya hücum etmək fikrinə belə düşməsin”.

Bu barədə NATO-nun Baş katibi Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

“Vacib olan Ukrayna, ABŞ və Avropanın birlikdə işləməsidir. Biz təhlükəsizlik zəmanətlərindən danışdıq və razılaşdıq ki, iki səviyyə olacaq. Birinci səviyyədə hansısa sülh sazişi və ya atəşkəs və ya hər ikisinin kombinasiyası olacaq”, - deyə o qeyd edib.

Rüttenin sözlərinə görə, birinci səviyyə Ukrayna Silahlı Qüvvələrinin mümkün qədər gücləndirilməsi üçün olacaq.

 

“Yəni, onlar istənilən çətinliklərə tab gətirə bilsinlər. İkinci səviyyə isə ABŞ və Avropanın təmin edəcəyi şeydir. Biz əslində bunun üzərində işləyirik”, - deyə o əlavə edib.

NATO-nun Baş katibi xatırladıb ki, Budapeşt Memorandumu və Minsk danışıqları real təminatlara gətirib çıxarmayıb.

“Bizim yeni zəmanətlərimiz belə olmamalıdır. Biz - Ukrayna, Avropa və ABŞ çalışırıq ki, zəmanət elə bir səviyyədə olsun ki, Vladimir Putin Moskvada oturaraq bir daha Ukraynaya hücum etmək barədə düşünməsin”, - deyə Rütte vurğulayıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150