Şahbaz Şərif ABŞ-İran sazişinin razılaşdırıldığını təsdiqlədi
Şahbaz Şərif ABŞ-İran sazişinin razılaşdırıldığını təsdiqlədi
Pakistan hökuməti bazar ertəsinə keçən gecə , İran və ABŞ arasında sülh sazişinin imzalanma mərasiminin cümə günü İsveçrədə keçiriləcəyini bəyan edib.
Modern.az Yeni info.az xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, tərəflər sülh sazişi barədə razılığa gəliblər.
Bundan əvvəl İran və ABŞ-ın texniki nümayəndə heyətləri sazişin müddəalarını müzakirə edəcəklər. Pakistanın bəyanatında deyilir ki, tərəflər Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi qarşıdurmaları dayandırmaq barədə razılığa gəliblər.
Şərifin bəyanatında həmçinin Qatarın vasitəçilik səyləri yüksək qiymətləndirilib.
ABŞ Prezidenti Donald Trump özünün Truth Social platformasında bildirib ki, “İran İslam Respublikası ilə saziş artıq tamamlanıb”.
Pakistanın Baş naziri Şahbaz Şərifin ABŞ və İran arasında sülh sazişinin əldə olunduğunu elan etdiyi tam bəyanatı:
“İntensiv danışıqlardan sonra məmnuniyyətlə bildiririk ki, Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında sülh sazişi ƏLDƏ OLUNUB.
Hər iki tərəf bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırıldığını bəyan edib.
Rəsmi imzalanma mərasimi iyunun 19-da, cümə günü İsveçrədə keçiriləcək. Münaqişənin diplomatik yolla həllinə sadiq qaldıqlarına görə ABŞ və İran İslam Respublikasına təşəkkür edirik.
Həmçinin bu vasitəçilik prosesində göstərdikləri dəstəyə görə Qətərin böyük rəhbərliyinə səmimi minnətdarlığımızı bildiririk.
Bundan əlavə, bu istiqamətdə böyük töhfələrinə görə Səudiyyə Ərəbistanı Krallığının və Türkiyə Respublikasının uzaqgörən rəhbərliyinə xüsusi təşəkkür edirəm.
Razılaşma əldə olunduqdan sonra vasitəçilər bu həftə ərzində bir sıra görüşlər təşkil edəcəklər. Bu ilkin müzakirələr texniki danışıqlar və rəsmi imzalanma mərasimi üçün zəmin yaradacaq”.







Oxşar -Yeniinfo.az
Tramp Avropa liderləri ilə gizli razılıq əldə etdi
Lavrov Hakan Fidana görə qaydaları belə pozdu
ABŞ Hörmüz boğazında nəzarəti İrana verdi
Ukraynada Su-24M qəzaya düşdü, ölənlər var
Zelenski sabah da Trampla görüşəcək
Fransa və Ukrayna əməkdaşlıq müqaviləsi imzaladı
Müəlliməsi Putinə məsləhət verdi: Özünə sübut etməyə çalış
Sumda partlayış - Hava hücumu xəbərdarlığı elan edildi