Sahibə Qafarova Çin parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb
Sahibə Qafarova Çin parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin (parlament) sədrinə başsağlığı məktubu ünvanlayıb.
S. Qafarova çinli həmkarı Cao Lıciyə ünvanladığı məktubda Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olmasından və yaralanmasından kədərləndiyini bildirib.
Spiker Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinə, həlak olanların ailələrinə, yaxınlarına, bütün Çin xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.
Xatırladaq ki, noyabrın 26-da dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğın binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başlayıb və küləyin təsiri ilə sürətlə yayılıb.
Son rəsmi məlumata görə, yanğın nəticəsində ölənlərin sayı 128 nəfərdir.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"